Pantomima Tearında "Dəli Domrul"un premyerası olacaq » Memur.az

Pantomima Tearında "Dəli Domrul"un premyerası olacaq

Pantomima Tearında "Dəli Domrul"un premyerası olacaq

Azərbaycan Dövlət Pantomima Teatrı premyeraya hazırlaşır.

Memur.Az xəbər verir ki, oktyabrın 24-də teatrın səhnəsində “Kitabi -Dədə Qorqud” dastanının eyni adlı boyu əsasında səhnələşdirilmiş “Dəli Domrul” tamaşasının premyerası keçiriləcək.

“Kitabi – Dədə Qorqud” dastanının ən xoş, ürəyəyatımlı, maraqlı və pozitiv qəhrəmanlarından olan Dəli Domrulun və digər qəhrəmanların yer aldığı tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi, teatrın baş rejissoru Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı isə Elman Rəfiyevdir.

Tamaşada rolları teatrın aktyorları Elnur İsmayılov, Əli Əlizadə, Səbirə Həsənova, Solmaz Bədəlova, Rafiz Mehdizadə və Nurlan Rüstəmov ifa edəcəklər.