“My name is İntiqam 2 - Moldova”nın qala-gecəsi keçiriləcək » Memur.az

“My name is İntiqam 2 - Moldova”nın qala-gecəsi keçiriləcək

“My name is İntiqam 2 - Moldova”nın qala-gecəsi keçiriləcək

Oktyabrın 28-də “Nizami” Kino Mərkəzində, keçən ilin sonunda tamaşaçı rekordu qıran milli “My name is İntiqam” komediya filminin ikinci hissəsinin - “My name is İntiqam 2 - Moldova”nın qala-gecəsi olacaq.

Memur.Az xəbər verir ki, rejissor İlham Yaşaroğlunun komediya janrında çəkdiyi “My name is İntiqam 2 -Moldova” filminin ideya müəllifi Fariz Əliyevdir.

Filmin prodüseri və baş rolun ifaçısı Müşviq Şahverdiyev bu filmdən daha çox uğurlu nəticə gözlədiklərini söyləyir.

Birinci filmdə bir milyon pul qazanan İntiqam, ikinci hissədə o pulu götürüb Moldovanın paytaxtı Kişinyova mer olmaq üçün namizədliyini irəli sürməyə gedir.

Birinci hissədə oynayan ən sevilən personajlar filmdə yenidən rol alıblar.

Aktyorlar Müşviq Şahverdiyev, İlkin Misgərli, Ənvər Abbasov, Niftulla Əsgərov və Moldovanın komediya ustası aktyor İon Mocano çəkilib.

Qala-gecəsinə Moldovadakı həmkarlar da dəvət olunub.

Filmdən əvvəl, qonaqlar tamaşaçılarla görüşmək üçün səhnəyə çıxacaqlar.

Tədbir haqqında daha ətraflı məlumatı "Nizami" Kino Mərkəzinin "Facebook" səhifəsindən öyrənə bilərsiniz.