Sumqayıt Şəhər Təhsil şöbəsinin müdiri işdən çıxarıldı » Memur.az

Sumqayıt Şəhər Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Sumqayıt Şəhər Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Bu dəqiqələrdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov müşavirə keçirir

Müşavirə zamanı Sumqayıt şəhər təhsilində vəziyyətin ürəkaçan olmadığı bildirilib.

Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. İcra başçısı qeyd edib ki, təhsil sahəsində çalışanlar yalnız təhsillə məşğul olmalıdırlar:

"Tədbirlər zamanı dərsdən qalma, qəbul zamanı pul alma məsələləri tamamilə yığışdırılacaq."

Onun yerinə isə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru, "Əməkdar müəllim" Əhmədov Nizami Hüseyn oğlunun təyin olunacağı gözlənilir. (xeberle.com)