Talış Dağlıq zonasında güclü zəlzələ olub - YENİLƏNİB
cemiyyet
28-06-2024, 10:15
21
![Talış Dağlıq zonasında güclü zəlzələ olub - YENİLƏNİB Talış Dağlıq zonasında güclü zəlzələ olub - YENİLƏNİB](/uploads/posts/2024-06/thumbs/1719555363_8.jpg)
"Report" xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur", – məlumatda qeyd olunub.
07:51
Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub.
Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı diqqətə çatdırılıb.