Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır
cemiyyet
9-08-2023, 11:02
214

Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədrisi digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat 11:00-da aktiv ediləcək.
2023-24-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.