Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda mühafizə rejimini pozan şəxslərin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.
Keçirilən nəzarət tədbirləri zamanı ərazidən 5585 metr uzunluğunda sintetik tor yığışdırılıb.
