Sabahdan məktəblərdə payız tətili başlayır
cemiyyet
15-11-2022, 10:01
320

Oxu.Az xəbər verir ki, payız tətili noyabrın 20-dək davam edəcək.
Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Növbəti tədris günü noyabrın 21-dədir.
Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.