Tarix : 15-01-2022, 14:19 | Bölmə: cemiyyet

Sabahdan hava şəraiti dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQBakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, bəzi yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Arabir güclənən şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.

Havanın temperaturu yanvarın 17-də günün birinci yarısında 1-3 dərəcə isti, axşama doğru 0-1 dərəcə şaxta olacaq.

Azərbaycanın rayonlarında yanvarın 16-sı axşamdan 17-si axşamadək əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Yaxın günlər ərzində fasilələrlə arabir güclənən şimal-qərb küləyi ilə cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq. Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda buz bağlayacağı ehtimalı var.

Oxşar xəbərlər