Vətəndaşların NƏZƏRİNƏ: Bakının bəzi qəsəbələrində su olmayacaq » Memur.az

Vətəndaşların NƏZƏRİNƏ: Bakının bəzi qəsəbələrində su olmayacaq

Vətəndaşların NƏZƏRİNƏ: Bakının bəzi qəsəbələrində su olmayacaqBakının bir sıra qəsəbələrində içməli su olmayacaq.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məluma verilib.

Bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar 12 yanvar 2022-ci il tarixində gün ərzində Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.