Pensiya xərcləri nə qədər artıb? - RƏSMİ » Memur.az

Pensiya xərcləri nə qədər artıb? - RƏSMİ

Pensiya xərcləri nə qədər artıb? - RƏSMİ“2021-ci ildə sosial ödənişlər üzrə cəmi xərclər 5 milyard 920 milyon manat olub. Bu, 2018-ci ilin 1 yanvarına münasibətdə 49 faiz artım deməkdir. Son 4 ildə sosial ödənişlər 1 milyard 951 milyon manat artıb”Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, pensiya xərcləri bu il 2017-ci illə müqayisədə 40 faiz artaraq 4 milyard 591 milyon manat olub:

“Müavinət xərcləri 2,1 dəfə artaraq 590 milyon manat olub. Təqaüd xərcləri 4,5 dəfə artaraq 417 milyon manat təşkil edib. Məcburi dövlət sosial sığorta isə 32 faiz artaraq 125 milyon manat olub”.