Qazaxda kütləvi zəhərlənmə hadisəsi baş verib » Memur.az

Qazaxda kütləvi zəhərlənmə hadisəsi baş verib

Qazaxda kütləvi zəhərlənmə hadisəsi baş veribQazax rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəstəxanaya yerləşdirilənlər bir ailənin üzvləridir. Onlar S.Nəsibova (1984-cü il təvəllüdlü), Ş.Ələkbərova (1988-ci il təvəllüdlü), X.Qoruçlu (2014-cü il təvəllüdlü), N.Qoruçlu (2017-ci il təvəllüdlü), L.Qoruçlu (yaş yarım) və 8 aylıq körpə (oğlan) C.Qoruçludur.

Zərərçəkənlərin hamsına həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətləri sabitdir.

Qeyd edək ki, onlarla birlikdə 1956-cı il təvəllüdlü S.Mustafayeva da xəstəxanaya aparılıb. Ona isə ambulator yardım göstərilib.

İlkin ehtimala görə, ailə üzvləri ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərləniblər.

Faktla bağlı araşdırmalara başlanılıb.