Gəncədə iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnib » Memur.az

Gəncədə iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnib

Gəncədə iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnibGəncədə bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, görə hadisə şəhərin 5 mikrorayonunda qeydə alınıb.

Samux rayonunun İnstitut qəsəbə sakini 1994-cü il təvəllüdlü İsmayl Baxışzadə qolunu kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdilib. Xəstənin yarası tikilib vəziyyətinin orta ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, İ Baxışzadəni Tural adlı şəxs bıçaqlayıb. Hadisə zamanı Tural da xəsarət alıb. O, polis tərəfindən saxlanılıb. İlkin məlumata görə tərəflər arasında mübahisə qız üstündə düşüb. Faktla bağlı araşdırma aparılır