Kürdəmirdə ağır yol qəzasında qadının beli sındı » Memur.az

Kürdəmirdə ağır yol qəzasında qadının beli sındı

Kürdəmirdə ağır yol qəzasında qadının beli sındıKürdəmir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Məmmədova Xalist Qara qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona ikinci bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğu üçün o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Fakt araşdırılır.