Qubada silsilə oğurluqlar edən şəxs saxlanıldı » Memur.az

Qubada silsilə oğurluqlar edən şəxs saxlanıldı

Qubada silsilə oğurluqlar edən şəxs saxlanıldıQuba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ki, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov saxlanılıb.

Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan məişət təmir avadanlıqları, müxtəlif ərzaq məhsulları, siqaret, suötürücü qurğular və elektrik naqilləri oğurladığı müəyyən edilib.

Faktla bağlı Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.