Xaçmazda qəza: Bir nəfər öldü » Memur.az

Xaçmazda qəza: Bir nəfər öldü

Xaçmazda qəza: Bir nəfər öldüMartın 22-də saat 20 radələrində Xaçmaz rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rayon sakini E.Musayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Şıxlar kənd sakini H.Xasıyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.