Gəncədə iki nəfər dəm qazından boğulub » Memur.az

Gəncədə iki nəfər dəm qazından boğulub

Gəncədə iki nəfər dəm qazından boğulubGəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Aydınbəy küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Dünya Şahverdiyeva və 2000-ci il təvəllüdlü Səma Şahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.