Cəlilabadda yanğın olub » Memur.az

Cəlilabadda yanğın olub

Cəlilabadda yanğın olubCəlilabad rayonunun Fərzili kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və altına yığılan 2,5 ton ot bağlamasının 500 kiloqramı yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.