Şəmkirdə bıçaqlanan iki nəfərdən biri ölüb » Memur.az

Şəmkirdə bıçaqlanan iki nəfərdən biri ölüb

Şəmkirdə bıçaqlanan iki nəfərdən biri ölübŞəmkir rayonunda qətl hadisəsi baş verib.

“Report”un məlumatına görə, yerli sakin Ruslan Nağıyev bıçaqlanıb. O, aldığı xəsarətdən ölüb.

Hadisə zamanı daha bir sakin - Xaliq Nağıyev də bıçaqlanıb. O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayətin başvermə səbəbi və təfərrüatı araşdırılır.