Samuxda maşın hasara çırpıldı: Xəsarət alanlar var » Memur.az

Samuxda maşın hasara çırpıldı: Xəsarət alanlar var

Samuxda maşın hasara çırpıldı: Xəsarət alanlar varSamuxda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yol kənarındakı hasara, daha sonra qaz borusuna çırpılıb. Qəza nəticəsində xəsarət almış üç nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Məlumata görə, qəzaya itin qəfil maşının qarşısına çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.