Samuxda qəssab ehtiyatsızlıqdan bıçaq xəsarəti aldı » Memur.az

Samuxda qəssab ehtiyatsızlıqdan bıçaq xəsarəti aldı

Samuxda qəssab ehtiyatsızlıqdan bıçaq xəsarəti aldıSamux rayonunda bıçaqla yaralanma hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə rayonun Çobanabdalı kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Rəşad Ələstan oğlu Məmmədov kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R.Məmmədov kənddə qəssablıqla məşğul olur. Yaxınlarının sözlərinə görə, heyvan kəsərkən ehtiyatsızlıqdan bıçaq yarası alıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.