Ağcabədidə məktəb tikintisinə iki milyon manat ayırdı - SƏRƏNCAM » Memur.az

Ağcabədidə məktəb tikintisinə iki milyon manat ayırdı - SƏRƏNCAM

Ağcabədidə məktəb tikintisinə iki milyon manat ayırdı - SƏRƏNCAMPrezident İlham Əliyev Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC xəbər verir. 

Sərəncama əsasən, Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.