Şirvanda qadın birlikdə yaşadığı kişini bıçaqladı » Memur.az

Şirvanda qadın birlikdə yaşadığı kişini bıçaqladı

Şirvanda qadın birlikdə yaşadığı kişini bıçaqladıŞirvan şəhərində bıçaqlanma olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının qarşısında baş verib.

Qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən bıçaqlanan Şirvan sakini, 1977-ci il təvəllüdlü İbrahimov İbrahim Şahmurad oğlu Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.

İçki məclisində yaranmış münaqişə nəticəsində Şəbnəm adlı qadın ona üz və boyun nahiyəsindən üç bıçaq xəsarəti yetirib. Arteriya damarı zədələnən yaralı çoxlu qan itirib.

Hazırda qadının saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.