Tovuzda qaz sobası partladı, bir nəfər yanaraq xəstəxanalıq oldu » Memur.az

Tovuzda qaz sobası partladı, bir nəfər yanaraq xəstəxanalıq oldu

Tovuzda qaz sobası partladı, bir nəfər yanaraq xəstəxanalıq olduTovuzda evdə partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yaşayış evində kustar üsulla hazırlanmış qaz sobasında partlayış olub. Nəticədə 1964-cü il təvəllüdlü Süleymanova Nəzakət Məhərrəm qızı yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır.