Hacıqabulda 25 yaşlı gənc dəm qazından zəhərləndi » Memur.az

Hacıqabulda 25 yaşlı gənc dəm qazından zəhərləndi

Hacıqabulda 25 yaşlı gənc dəm qazından zəhərləndiHacıqabulda zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ə.Vahid küçəsi 50 ünvanında yaşayan şəhər sakini, 1995-ci il təvəllüdlü Allahyarov Ağacan Azər oğlu vanna otağında olarkən dəm qazından zəhərlənib. 

O, ağır vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.