Tovuzda iki avtomobil toqquşdu, yaralılar var » Memur.az

Tovuzda iki avtomobil toqquşdu, yaralılar var

Tovuzda iki avtomobil toqquşdu, yaralılar varTovuz rayonunun Qovlar şəhəri ərazisində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, “Niva”markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər - 1998-ci il təvəllüdlü Zülfiyyə Hüseynova və 1990-cı il təvəllüdlü Nüşabə Məsimova xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, hadisəyə avtomobillərdən birinin işıqforun qırmızı işığında hərəkət etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.