Qobustanda bir ailə siçan dərmanından zəhərləndi » Memur.az

Qobustanda bir ailə siçan dərmanından zəhərləndi

Qobustanda bir ailə siçan dərmanından zəhərləndiQobustan rayonunda siçan dərmanından kütləvi zəhərlənmə baş verib.Memur.Az-ın məlumatına görə, Qobustan şəhər sakinləri - Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini olan Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.