Şəmkirdəki ağır qəzada ölənlərin adları bəlli oldu - YENİLƏNİB » Memur.az

Şəmkirdəki ağır qəzada ölənlərin adları bəlli oldu - YENİLƏNİB

Şəmkirdəki ağır qəzada ölənlərin adları bəlli oldu - YENİLƏNİBŞəmkirdə baş vermiş ağır yol qəzası nəticəsində dünyasını dəyişən şəxslərin adları məlum olub. 

APA-nın qərb bürosunun məlumatına görə, bunlar 1987-ci il təvəllüdlü Həsənov Əli Mürsəl oğlu və 1985-ci il təvəllüdlü Aslanov Elməddin Mehbalı oğludur.  

Yol-nəqliyyat hadisəsi nəticəsində, həmçinin 4 nəfər - 1984-cü il təvəllüdlü Ağalarov Şahin Əbülfəz oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Anar Mirzə oğlu, 1998-ci il təvəllüdlü Həsənov Elvin Bayram oğlu və 1998-ci il təvəllüdlü Mərdanov Fərid Arzu oğlu xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, yol qəzası zamanı iki “Mercedes” markalı minik maşını toqquşub. 

22:52

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Avtoqəza nəticəsində iki nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. 

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub. 

Qəzanın təfərrüatı araşdırılır.