Oğuz rayonunda baş vermiş yanğın söndürülüb » Memur.az

Oğuz rayonunda baş vermiş yanğın söndürülüb

Oğuz rayonunda baş vermiş yanğın söndürülübOğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb.

ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.