Lənkəranda bıçaqlanan gəncin vəziyyəti ağırdır » Memur.az

Lənkəranda bıçaqlanan gəncin vəziyyəti ağırdır

Lənkəranda bıçaqlanan gəncin vəziyyəti ağırdırLənkəranda 25 yaşlı gənc bıçaqlanıb, vəziyyəti ağırdır.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, 25 yaşlı Səfərov Aqil Baloğlan oğlu yaşadığı Yuxarı Nüvədi kəndində kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.Yaralı kürəkarası nahiyənin kəsilmiş-deşilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan yaralı hazırda həkimlər tərəfindən əməliyyat olunur.

Faktla bağlı araşdırma aparılır.