Şəmkirdəki dəhşətli qəzada ölən 5 nəfər bir ailənin üzvləridir - YENİLƏNİB » Memur.az

Şəmkirdəki dəhşətli qəzada ölən 5 nəfər bir ailənin üzvləridir - YENİLƏNİB

Şəmkirdəki dəhşətli qəzada ölən 5 nəfər bir ailənin üzvləridir - YENİLƏNİBŞəmkirdə baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən 5 nəfərin kimliyi müəyyən olub:

Əliyeva Həyat Rəşad qızı (azyaşlı, təqribən 1yaş)

Orucova Nübar Dilqəm qızı 1994-cü il təvəllüdlü, Şəmkir sakini

Orucov Vüqar Bayram oğlu 1974-cü il təvəllüdlü, Şəmkir sakini

Orucov Dilqəm Bayram oğlu 1970-ci il təvəllüdlü, Şəmkir sakini

Orucova Rəsmiyyə Nurəddin qızı 1971-ci il təvəllüdlü, Şəmki sakini

Qeyd edək ki, vəfat edənlər bir ailənin üzvləridir.

22:00

Şəmkirdəki dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Hadisə “VAZ 21011” və “Pajero” markalı maşınlar arasında olub.

21:19

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər dünyasını dəyişib. Daha bir nəfər ağır xəsarət alıb.

Hadisə yerində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.