Kürdəmirdə iki maşın toqquşub, xəsarət alananlar var » Memur.az

Kürdəmirdə iki maşın toqquşub, xəsarət alananlar var

Kürdəmirdə iki maşın toqquşub, xəsarət alananlar varKürdəmirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mersedes Vito” markalı avtomaşınla “VAZ-2106” markalı avtomabil toqquşub.

Nəticədə “VAZ-2106” avtomaşındakı sərnişinlər - Kürdəmir rayon Sığırlı kənd sakinləri 2007-ci il təvəllüdlü Eminova Qızman Elman qızı və 1981-ci il təvəllüdlü Eminova Arzu Tapdıq qızı müxtəlif növ bədən xəsarətləri alaraq, Kürdəmir RMX-nın travmatologiya şöbəsinə çatdırılıb.

Yaralılara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.