Şəmkirdə qadın keçmiş əri və bacısı tərəfindən döyülüb, xəstəxanalıq oldu » Memur.az

Şəmkirdə qadın keçmiş əri və bacısı tərəfindən döyülüb, xəstəxanalıq oldu

Şəmkirdə qadın keçmiş əri və bacısı tərəfindən döyülüb, xəstəxanalıq olduŞəmkir sakini keçmiş əri və öz bacısı tərəfindən döyülüb.

Hadisə rayonun Alabaşlı kəndində qeydə alınıb. 1966-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızı döyülmə diaqnozu ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib.

Araşdırma zamanı məlum olub ki, 53 yaşlı qadın keçmiş həyat yoldaşı və öz bacısı tərəfindən döyülüb.

İlkin məlumatlara görə, qadın keçmiş ərindən boşansa da, əri və doğma bacısı ilə bir evdə qalır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.