Ağsuda yol qəzası oldu: sürücünün vəziyyəti ağırdır » Memur.az

Ağsuda yol qəzası oldu: sürücünün vəziyyəti ağırdır

Ağsuda yol qəzası oldu: sürücünün vəziyyəti ağırdırAğsuda iki avtomobil toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun 14-cü kilometrində, rayonun İlxıçı kəndi yaxınlığında baş verib.

Ağsu rayonu Qasımbəyli kənd sakini, 1951-ci il təvəllüdlü Hacılayev Vahid Hacıalı oğlunun idarə etdiyi "VAZ 2107" avtomobili əks istiqamətdəki yoldan gələn Kürdəmir rayon Cəyirli kənd sakini 1962-ci il təvəllüdlü Mayılov Vaqif Dövlət oğlunun idarə etdiyi "VAZ 2107" avtomobil ilə toqquşub.

Hər iki sürücü ağır vəziyyətdə Ağsu Rayon Mərkəzi xəstəxanasına yerləşdilirib.

V.Mayılova ilkin yardım göstərilib, vəziyyəti kafi olduğunda ambulator müalicəyə göndərilib.

Digər sürücü V.Hacalıyev ağır-kəllə beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan, onun paytaxt Bakıya göndərilməsi qərara alınıb.

Faktla bağlı araşdırma aparılır.