Şirvanda 27 yaşlı gənc bıçaqlandı » Memur.az

Şirvanda 27 yaşlı gənc bıçaqlandı

Şirvanda 27 yaşlı gənc bıçaqlandıŞirvanda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Əhmədov Bəxtiyar Əlifağa oğlu bıçaq yarası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Fakta bağlı araşdırma aparılır.