Tarix : 16-09-2019, 00:26 | Bölmə: bolge

Ağcabədidə motosikletlə avtomobil toqquşdu: bir ölü, bir yaralıAğcabədi rayonunda motosiklet minik avtomobili ilə toqquşub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, baş verən qəzada bir nəfər ölüb və bir nəfər isə xəsarət alıb.

Rayonun Xocavənd kəndi ərazisində baş verən hadisədə motosikletin sürücüsü hadisə yerində ölüb.

Qəza zamanı minik avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər