Tarix : 9-09-2019, 00:15 | Bölmə: bolge

Siyəzəndə qəza: iki avtomobil toqquşduSiyəzəndə avtomobil qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər veirir ki, hadisə Bakı-Quba-Rusiya sərhəd yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.

"VAZ" markalı avtomobillə "Opel" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər- Şabran rayon sakinləri, 32 yaşlı Xəzər Babayev və 25 yaşlı Habil Qadaşov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər