Ot tayaları yandı » Memur.az

Ot tayaları yandı

Ot tayaları yandıAğcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində həyətyanı sahədə 6 ton ot bağlamasının 2 tonu yanıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İmişli rayonunun Otuziki kəndində də ümumi sahəsi 1700 m² olan fermanın dam örtüyünün taxta atmaları 150 m² sahədə və fermanın içərisinə yığılan 20 ton ot bağlamasının 7 tonu yanıb. Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​