Sürücü idarəetməni itirdi - 4 nəfər yaralandı » Memur.az

Sürücü idarəetməni itirdi - 4 nəfər yaralandı

Sürücü idarəetməni itirdi - 4 nəfər yaralandıMasallıda baş vermiş qəza 4 nəfəri xəstəxanalıq edib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Masallı-Yardımlı yolunun 2-ci kilometrliyində qeydə alınıb.

Masallının Dadoba məhəlləsində yaşayan 38 yaşlı Bəhruz Nadir oğlu Sadıqov idarəetməni itirərək “Mercedes” markalı avtomobilini elektrik dirəyinə çırpıb.

Sürücü və avtomobildə olan 3 həmkəndlisi - Pərviz Qurbanov, Ramal Həsənov və Elxan Cavadov müxtəlif dərəcəli xəsarətlər alıblar.

R.Həsənov əməliyyata alınıb və vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.