Tovuzda zəncirvari yol qəzası baş verib » Memur.az

Tovuzda zəncirvari yol qəzası baş verib

Tovuzda zəncirvari yol qəzası baş veribTovuz rayonunda 4 maşının toqquşması ilə nəticələnən yol qəzası qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə,“Volsvagen” “Lexsus” “VAZ 21 06” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.

“Volsvagen”in sürücüsü, 1990-cı il təvəllüdlü İsgəndərov Gəncə Rasim oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza Tovuz rayonunun mərkəzinə gedən avtomobil yolunda tıxaca səbəb olub