Qazaxda traktor sürücünün üstünə aşdı » Memur.az

Qazaxda traktor sürücünün üstünə aşdı

Qazaxda traktor sürücünün üstünə aşdıQazaxda traktor sürücüsü ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndi ərazisində baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Piriyev Məcid idarə etdiyi traktorla ot biçərkən texnikada nasazlıq yaranıb.

Təmir edən zaman hərəkətə gələn traktor M. Piriyevi sürüyüb və onun üzərinə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.