Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıb » Memur.az

Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıb

Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıbZaqatala və Qax rayonlarına güclü dolu yağıb.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, axşam saatlarından başlayan yağış, daha sonra güclü dolu ilə müşayiət olunub.

Zaqatala şəhərinin mərkəzi ərazilərinə təqribən 15 dəqiqə müddətində qoz böyüklüyündə yağan dolu minik avtomobillərinə və meyvə ağaclarına ziyan vurub.

Güclü dolu Qax rayonununda bəzi kəndlərində təsərrüfata ziyan vurub. Rayonun ucqarda yerləşən İlisu kəndinə 10 dəqiqə müddətində dolu yağıb.

Hazırda bölgədə güclü külək və yağış müşahidə olunur.