Lənkəranda bir gündə 2 nəfəri ilan sancdı » Memur.az

Lənkəranda bir gündə 2 nəfəri ilan sancdı

Lənkəranda bir gündə 2 nəfəri ilan sancdıLənkəran rayonunda 2 nəfəri ilan sancıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Diryan kənd sakini, 25 yaşlı Ülkər Əhmədova və Nərimanabad qəsəbə sakini, 27 yaşlı Elşən Əhmədovu ilan sancıb.

Onlar rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Elşən Əhmədovun müalicəsi davam edir, Ülkər Əhmədova isə ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, bu 2 gün ərzində rayon ərazisində artıq üçüncü ilansancma hadisəsidir.