Gəncədə binada yanğın, sakinlər təxliyə edildi » Memur.az

Gəncədə binada yanğın, sakinlər təxliyə edildi

Gəncədə binada yanğın, sakinlər təxliyə edildiGəncədə yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə şəhərin Nizami rayonunda baş verib.

Beşmərtəbəli yaşayış binasının zirzəmisində 6 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı altı nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb