Quba-Xınalıq yolundan istifadə edənlərin diqqətinə! » Memur.az

Quba-Xınalıq yolundan istifadə edənlərin diqqətinə!

Quba-Xınalıq yolundan istifadə edənlərin diqqətinə!Quba-İspik-Xınalıq avtomobil yolunda sürüşmə aktivliyini qoruyur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sahə rəisi Bilal Sultanov Oxu.Az-a açıqlamasında bildirib ki, mütamadi olaraq yola qaya parçaları düşür.

“Xüsusən Xınalığa turist qismində gələnlər yol hərəkəti qaydalarına diqqət etməlidir. Zərurət olmadığı müddətdə bu istiqamətdə hərəkət etmək tövsiyyə edilmir.

2 gün öncə ərazidə “Mercedes” markalı avtomobilin dərəyə aşması da ehtiyatsızlıqla əlaqələndirilir. Sabahdan etibarən hava şəraitinin yağmurlu keçməsi sürüşmə sahələrində aktivliyi daha da artıracaq”.

2020-ci ildə isə Xınalığa getmək istəyənlər üçün yeni yolun istifadəyə verilməsi də planlaşdırılır.