Göyçayda qəza: yaralı var » Memur.az

Göyçayda qəza: yaralı var

Göyçayda qəza: yaralı varGöyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, rayonun Şahsoltanlı kənd sakini, 1963-cü il təvəllüdlü İsmayılov Şaban Şahsuvar oğlu idarə etdiyi “VAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı maenəyə çırpılıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.