Goranboyda zəlzələ olub » Memur.az

Goranboyda zəlzələ olub

Goranboyda zəlzələ olubBu gün axşam Goranboyda zəlzələ olub.

Memur.Az-ın məlumatına görə, yeraltı təkan axşam saat 20:53 radələrində qeydə alınıb. Sakinlər yüngül təkanları hiss ediblər.

Dağıntı və tələfat yoxdur.

Qeyd edək ki, aprelin 7-si gündüz saatlarında Gürcüstanın Azərbaycan sərhədinə yaxın ərazisində 4.5 ball gücündə zəlzələ baş verib.