Gəncədə ölümlə nəticələnən ağır yol qəzası olub » Memur.az

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası olub

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası olubGəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində, yolu qarşı tərəfə keçmək istəyən kişini “Mercedes” markalı avtomobil vurub.

Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölən şəxsin 1952-ci il təvəllüdlü Əli Məmmədov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.