Yardımlıda meşə yanır - YENİLƏNİB » Memur.az

Yardımlıda meşə yanır - YENİLƏNİB

Yardımlıda meşə yanır - YENİLƏNİBYardımlıda baş verən meşə yanğının söndürülməsinə helikopter və təyyarə cəlb edilib.

Oxu.Az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin “Mi-17” yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub.

10:17

Yardımlı dağlarında yanğın başlayıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir.

Yanğınsöndürmə işləri davam etdirilir.

Memur.az