Xaçmazda itkin düşən qadının öldürüldüyü məlum olub » Memur.az

Xaçmazda itkin düşən qadının öldürüldüyü məlum olub

Xaçmazda itkin düşən qadının öldürüldüyü məlum olubXaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.

Oxu.Az-ın APA-ya istinadən məlumata görə, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb.

Hüquq-mühafizə orqanlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Xaçmaz rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, ilkin müayinələrə əsasən, meyiti tapılan qadının 15 gün əvvəl öldürüldüyü ehtimal olunur.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Memur.az