Bakı-Qazax yolunda maşın körpüdən aşıb » Memur.az

Bakı-Qazax yolunda maşın körpüdən aşıb

Bakı-Qazax yolunda maşın körpüdən aşıbSamux. 3 iyun. REPORT.AZ/ Bakı-Qazax yolunda minik avtomobili körpüdən aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Samux rayonunun Zazalı kəndi ərazisindən keçən hissəsində baş verib.

"Lexus" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Goranboy rayon sakini Cəfərov Elşən Arzuman oğlu xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Travmatologiya şöbəsində yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Memur.az